B.e - Cümə: 09:00 – 18:00 +994 50 224 73 00 info@166tech.az
AZ RU
Missiyamız

Azərbaycandakı hər lombardın peşəkar texnologiyadan istifadə edərək daha səmərəli, şəffaf və təhlükəsiz işləməsinə kömək etmək.

Tariximiz

Tariximiz

Lombardex ideyası real problemlərdən doğuldu. Azərbaycan lombard sahibləri ya xarici, yerli reallığa uyğun olmayan proqramlardan istifadə edirdi, ya da hələ də Excel və kağızla işləyirdi.

Biz — proqram mühəndisləri, analitiklər və lombard sahəsində təcrübəli məsləhətçilərdən ibarət komandayıq. Onilliklər toplanmış sahə bilgisini müasir texnologiyalarla birləşdirərək Lombardex-i qurduq.

Bu gün Azərbaycanda bir çox lombard bizim platformadan istifadə edir və onların uğuru — bizim uğurumuzdur.

10+
Modul
24/7
Dəstək
99.9%
Stabillik
2
Dil

Dəyərlərimiz

Şəffaflıq

Gizli şərtlər yoxdur. Qiymətlərdən funksiyalara qədər hər şey açıqdır.

Etibarlılıq

Sözümüzdə dururuq. Dedik — etdik.

Sadəlik

Mürəkkəb problemi sadə həllə çevirmək — bizim məharətimiz.

Təhlükəsizlik

Müştəri verilənlərinə bank səviyyəsində yanaşırıq.

Dəstək

Proqram satmırıq — tərəfdaşlıq qururuq. Yanınızda olacağıq.

Lokal fokus

Azərbaycan lombardları üçün Azərbaycanda hazırlanıb.

Lombardınızı növbəti səviyyəyə qaldırın

Pulsuz demo sifariş edin — mütəxəssisimiz 20 dəqiqəyə sistemi nümayiş etdirsin və suallarınızı cavablandırsın.