Rəqəmlər biznesin həqiqi vəziyyətini göstərir. İşlər yaxşıdır, yoxsa problem başlayır? Bu 7 hesabat cavab verir.
1. Gündəlik dövriyyə
Bugün neçə manat girov qəbul edildi, neçəsi qaytarıldı. Ən sadə, amma ən vacib rəqəm.
2. Aktiv girov portfeli
Hazırda neçə girov aktivdir və onların ümumi dəyəri nə qədərdir. Bu rəqəm sabitliyi göstərir.
3. Gecikmiş ödənişlər
Müqavilə vaxtı keçmiş girovların sayı və ümumi məbləği. Risk göstəricisidir.
4. Yeni müştəri nisbəti
Bu gün gələn yeni müştərilər və daimi müştərilər arasındakı nisbət.
5. Orta çek
Ortalama bir müqavilənin məbləği. Azalır? Müştəri keyfiyyəti düşür.
6. Əməkdaş performansı
Hər əməkdaşın qəbul etdiyi girov sayı və dövriyyəsi. Ədalətli mükafatlandırma üçün əsas.
7. Kassa qalığı
Günün sonunda faktik nağd qalıq sistemdəki rəqəmlə uyğunluğu.
Əgər bu rəqəmləri əl ilə hesablamalısınız — xeyli vaxt itirirsiniz. Peşəkar proqram bunları avtomatik, real vaxtda verir.